Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Alik
Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. Ailəli idi. Bir qızı var idi. Oğlunun şəhid olması xəbərini alandan sonra Vadim Qocayevin atası Alik Qocayev həmin gün vəfat elədi.
Azərbaycan Ordusunun giziri olan Vadim Qocayev 2020-ci ilin sentyabrı-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vadim Qocayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vadim Qocayev “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Qocayev Alik Alı oğlu Ana: Qocayeva Xalidə Akif qızı Qardaş: Qocayev Alı Alik oğlu Qardaş: Qocayev Şahin Alik oğlu Həyat yoldaşı: Qocayeva Ayşən Azər qızı Qızı: Qocayeva İlayda Vadim qızı Oğlu: Qocayev Zeyd Vadim oğlu