Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Yalçın
Rahim Quliyev 2001-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşamışdır. 15 sentyabr 2007-ci ildə Kəlbəcər adına 23 saylı tam orta məktəbə qəbul olub. 14 iyun 2016-cı ildə 71 saylı tam orta məktəbi bitirib. Sonra peşə məktəbinə daxil olaraq Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsilini başa vurmuşdur. Təhsil aldığı müddətdə həmin peşə üzrə çalışmışdır.
Rahim Quliyev 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Rahim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 02 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır.
Rahim Quliyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Uşaqlıqdan ataya, anaya, qardaşa bağlı biri olub. Ən böyük istəyi hərbiçi olub torpağları azad etmək arzusunda olmuşdur.
Ata: Quliyev Yalçın Vəli oğlu Ana: Quliyeva Xoşgül Təzəxan qızı Bacı: Quliyeva Tahidə Yalçın qızı