Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Fizuli
Quliyev Vüqar Fizuli oğlu 12 dekabr 2001-ci ildə Ağsunun Qaraqaşlı kəndində anadan olub.
Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbdə alıb. 2018-ci ildən Bakıda peşə məktəbində qaynaqçı kimi peşə təhsili alıb. Sonradan həqiqi hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində şəhid olmuşdur. 8 noyabr 2020-ci ildə Ağsu Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Quliyev Vüqar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, mərd, səmimi, ailəcanlı, dostcanlı gənc olub.
Ata: Quliyev Füzuli Gülxan oğlu Ana: Quliyeva Könül Ağamirzə qızı Qardaş: Quliyev Kamran Füzuli oğlu Qardaş: Quliyev Gülxan Füzuli oğlu