Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Zakir
Əslən Qubadlı rayonunun Xallava kəndindən olan Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir.
2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir.
Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ - Vətən müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir.
O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Xocavəndin azad olunması uğrunda ” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Quliyev Azər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mülayim, tərbiyyəli, gülərüzlü insan olub.
Ana: Quliyeva Səmərqənd Xudayar qızı