Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Şəmsi
Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Suqovuşan fatehlərindən olan Elmin Quluzadə könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad edilməsi uğrunda” və “Cəsur döyüşçü ”medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə gülərüz, mehriban, ailəcanlı, atasının, anasının qulluğunda duran, vətənpərvər bir gənc idi.
Ata: Quluyev Şəmsi Əliqan oğlu Ana: Quluyeva Mətanət Oruc qızı Qardaş: Quluzadə Murad Şəmsi oğlu Qardaş: Quluzadə Emin Şəmsi oğlu