Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Qasım
Quluzadə Nihat Qasım oğlu 24 yanvar 1997-ci ildə Ordubad rayonunun Unus kəndində anadan olmuşdur. 2003-2011- ci illərdə şəhid Rahim Babayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2011- ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş, oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Motoatıcı taqım komandiri” ixtisası üzrə təhsilini davam etdirmişdir. 2018- ci ildə leytenant hərbi rütbəsi alaraq ordu sıralarında taqım komandiri kimi xidmətə başlamışdır.
44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmışdır. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu azad edərkən düşmənin snayper atəşi nəticəsində yaralanıb və 8 saat yaralı halda döyüşü davam etdirmişdir.
Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3- cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
O, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
2021- ci ildə baş leytenant hərbi rütbəsini almış, “Komando” kursunu bitirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində komanda kimi xidmətini davam etdirmişdir.
Baş leytenant Nihat Quluzadə 19 sentyabr 2023- cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur.
Şəhid Baş leytenant Nihat Quluzadə Ordubad rayonu Unus kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quluzadə Nihat Qasım oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı və “ II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Quluyev Qasım Xudaverdi oğlu Ana: Quluyeva Məstan Əli qızı Bacı: Rəhimli Gülyaz Qasım qızı