Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Asif
Qurbanov Murad Asif oğlu 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Murad həm orta məktəbdə, həm də kollecdə müəllimlərin sevimlisi olub. Özünə məxsus xarakter onu sinifin, qrupun sevimlisi edib.
Murad kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu Qaradağlı kəndində edib. Muradın xidməti aprel döyüşlərinə təsadüf edib. Murad aprel döyüşlərində iştirak edib. Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qurbanov Murad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Murad çox zarafatcıl, şən, həyat dolu, pozitiv, enerjili, davakar, qısqanc, təmizkar, çox səliqəli idi. İnsanlarla tez ünsiyyətə girir, bahalı və zövqlü geyimləri xoşlayırdı, bahalı ətirləri sevirdi.
Ata: Qurbanov Asif Mikayıl oğlu Ana: Əmrahova Mehriban Vahub qızı Bacı: Qurbanova İlahə Asif qızı