Kamillik zirvəsində –3-cü hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
İmam Əlinin (ə) Peyğəmbərə (s) şikayəti (Əyyami-Fatimiyyə)
Tövhid İslam İdeologiyası və Dəyərləndirmə - 7
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 13 Noyabr 2026)
Kamillik zirvəsində – 1-ci hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
Ata ilə küsülü qalmaq.
Ata adı: Vahid
Vüsal Ramazanov 10.07.1994-cü ildə Zaqatala rayonunda anadan olub. Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 8-də Vüsal Ramazanovun oktyabrın 30-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ana: Ramazanov Fatma Şaban qızı Qardaş: Ramazanov Valeh Vahid oğlu