Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Zahir
Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.
Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib.
Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpərvər gənc idi.
Ata: Rəhimov Zahir Arif oğlu Ana: Rəhimova Şərafət Səftər qızı Bacı: Rəhimova Pərişan Zahir qızı Bacı: Abdulrəhimova Aidə Zahir qızı