Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Akif
Rəsulov Nurəddin Akif oğlu 1991-ci il oktyabr ayının 31-də Füzuli rayonunda anadan olmuşdur. Nurəddin Rəsulov orta təhsilini İlham Quliyev adına Milkənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nurəddin Rəsulov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Nurəddin Rəsulov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonu Dağyurd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nurəddin Rəsulov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Rəsulov Akif Lətif oğlu Ana: Rəsulova Reyhan Famil qızı Qardaş: Rəsulov Fəxrəddin Akif Həyat yoldaşı: Rəsulova Ayşən Müşfiq qızı Qızı: Rəsulzadə Nuray Nurəddin qızı Oğlu: Rəsulzadə Nİhat Nurəddin oğlu Oğlu: Rəsulzadə Murad Nurəddin oğlu