Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Səxavət
Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Rüstəmov oktyabrın 23-də Zəngilan döyüşləri zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Rüstəmov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ailə üzvləri onu vətənpərvər, ağır təbiətli, ailəcanlı və mehriban olduğun bildiririrlər.
Ata: Rüstəmov Səxavət Nuru oğlu Ana: Əhmədova Tənzilə Eldar qızı Bacı: Rüstəmova Təhminə Səxavət qızı