Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Natiq
Nihad Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alır.
Azərbaycan Ordusunun əsgəri olan Nihad Rzaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzulidə, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.7 noyabr 2020-ci ildə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nihad Rzaxanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mülayim, sakit təbiətli, mədəni insan olub.
Ata: Rzaxanov Natiq Hidayət oğlu Ana: Rzaxanova İradə Qara qızı Bacı: Rzaxanova Şəhanə Natiq qızı Bacı: Rzaxanova Səbinə Natiq qızı Qardaş: Rzaxanov Nicat Natiq oğlu