Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Novruz
Bilal Novruz oğlu Rzayev 1997-ci ildə Cəlilabadın Alar kəndində anadan olub. Sentyabrın 28-də Cəlilabad rayonundan könüllü olaraq orduya yola salınıb. 2020-ci il noyabrın 24-də Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Doğma kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlü yünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Bilal Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bilal Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcalı, dostcanlı, igid oğul olub.
Ana: Əzimova Zəminə Təriş qızı Qardaş: Əzimov Hilal Novruz oğlu Bacı: Rzayev Rübabə Novruz qızı