Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rəsul
Əli Rzayev 1988-ci il aprelin 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub.Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əli Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 18-də Gədəbəy rayonunda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rzayev Əli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Döyüşdə cox mərd olub 52 nəfər döyüş yoldaşlarını azad edib, sonra özü şəhid olub.
Ata: Rzayev Rəsul Tapdıq Ana: Rzayeva Samaya Əhməd Bacı:Rzayeva Südabə Rəsul qızı Bacı: Rzayeva Gülyanə Rəsul qızı Bacı: Rzayeva Xəyalə Rəsul qızı