Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Niyaməddin
Sadıqov Ceyhun Niyaməddin oğlu 2002-ci il avqust ayının 26 -da İmişli rayonu Şahverdilər kəndində anadan olmuşdur. Ceyhun Sadıqov orta təhsilini 4 saylı Yeni Balaxanı tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Sadıqov Ceyhun Niyaməddin İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mehriban və eyni zamanda çox ciddi idi. Yaşının az olmasına baxmayaraq ağsaqqal deyə çağırılırdı. Hər kəsə kömək edirdi və çoxlu dostları var idi. Hərbini isə hər bir işdən cox sevirdi.
Ata: Sadıqov Niyaməddin Hacı oğlu Ana: Sadıqova Hüsniyyə Güloğlan qızı Bacısı: Sadıqova Nübar Niyaməddin qızı Bacısı: Hüseynova Nazlı Niyaməddin qızı