Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Həşim
Vətən müharibəsi şəhidi Rəsul Həşim oğlu Sadıqov 2001-ci ildə 3 martda Bakıda dünyaya gəlib. 9 yaşından güləşlə məşğul olub, yarışlarda birincilik qazanıb. İmkansızlıqdan ali təhsil ala bilməyib.
Rəsul Sadıqov 2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır və əsgər kimi Vətənə xidmət borcunu yerinə yetirir. Minamyot tuşlayıcısı olub.
Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılır. İkinci Qarabağ müharibəsində də könüllü kimi iştirak edir. Ağdərə, Suqovuşan, Murov yüksəkliyi, Kəlbəcər, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaət göstərir. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra döyüşlərdə fəal iştrakına görə "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəsul Həşim oğlu Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, sakittəbiətli, hər kəsə hörmətlə yanaşan, yardımsevər insan olduğu bildirilir.
Ata: Sadıqov Həşim Sadıq oğlu Ana: Allahverdiyeva Elnarə Allahverdi qızı Qardaş: Manafov Mirsalam Elman oğlu