Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qədir
Şahbazov Elnur Qədir oğlu 20 avqust 2001-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli məktəbində orta təhsil alıb. 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə xüsusi təyinatlı dəstəyə qoşulub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 23 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararaq özü şəhid olub. Ölümün gözünə dik baxan şəhidimiz Elnur Şahbazov böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü”, “Azərbaycan bayrağı”, “Şuşanın azad edilməsi uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin" azad olunmasına görə”medalı , "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sakit, mülayim, hamıyla yola getməyi bacaran insan olub.
Ata: Şahbazov Qədir Seyfulla oğlu Ana: Fətullayeva Tərifə Vaqif qızı Bacı: Şahbazova Nəsibə Qədir qızı Qardaş: Şahbazov Eldar Qədir oğlu