Kamillik zirvəsində –3-cü hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
İmam Əlinin (ə) Peyğəmbərə (s) şikayəti (Əyyami-Fatimiyyə)
Tövhid İslam İdeologiyası və Dəyərləndirmə - 7
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 13 Noyabr 2026)
Kamillik zirvəsində – 1-ci hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
Ata ilə küsülü qalmaq.
Ata adı: Hikmət
Sabir Hikmət oğlu Salahov 15 avqust 1999-cu ildə Salyanda anadan olub. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. Daha sonra 2017-ci ildə “Neft və energetika” kollecinə daxil olur, lakin təhsilini yarımçıq qoyub, oktyabrın 2-də Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır.
Ağcabədidə xidmət edən Sabir 2019-cu ildə aprelin 2-də ordudan tərxis olunur. Hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü ordu sıralarında kimi qulluq etməyə başlayır.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə ilk gündən qatılan Sabir Salahov Füzuli istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında dəfn olunub.
Sabir Salahov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sabir Salahov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, vətənpərvər, mərd igid idi.
Ata: Salahov Hikmət Sabir oğlu Ana: Salahova Sevgül Əlihüseyn qızı Qardaş: Salahov Vüsal Hikmət oğlu