Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rəhman
Salmanov İsmayıl Rəhman oğlu 17.05.1997-ci il tarixdə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Salmanov İsmayıl 25.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Füzuli rayonu Alxanlı kənd qəbiristanlığında 1992-ci ildə şəhid olmuş dayısı ilə yanaşı uyuyur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Salmanov İsmayıl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı, mehriban və zəhmətkeş gənc olub.
Ata: Salmanov Rəhman İsmayıl oğlu Ana: Hüseynova Yeganə Nəhiş qızı Qardaş: Salmanov Elçin Rəhman oğlu Bacı: Salmanova Gülşən Rəhman qızı