Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rafiq
Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə almış, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub.
Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanmışdır. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olmuşdur. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur.
2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılmışdır. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb. 2020-ci ilin 26 oktyabrda tarixində Şuşanın azad edilməsi əməliyyatı zamanı Xocavəndin Tuğ kəndində snayper atəşindən şəhid olmuşdur.
Ölümündən sonda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə2, ”Hərbi xidmətlərə görə", “Füzuinin azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Emil Şamilov Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində yerləşən Ramana qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Vətənpərvər, igid, mərd, ailəcanlı idi.
Ata: Şamilov Rafiq Əmirxan oğlu Ana: Şamilova Validə Cahangir qızı Bacı: Şamilova Günel Rafiq qızı Qardaş: Şamilov Əmirxan Rafiq oğlu