Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Şəmil
Səfərov Fariz Şəmil oğlu 13 noyabr 1981-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 1988-ci ildə Zəngilan rayon Şayıflı kənd orta məktəbinin I sinifinə daxil olub. Yurdumuzun erməni işğalından sonra məcburi köçkün kimi ailəsi ilə birlikdə Hacıqabul rayonunda məskunlaşıb. Hacıqabul rayon Qazıməmməd məktəbinin XI sinifini bitirib.
Fariz Səfərov orta məktəbi bitirdikdən sonra 2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2001-ci ildən Hacıqabul rayon Qazıməmməd dəmir yol stansiyasında işləyib. 2020-ci ilin noyabrından Hacıqabul rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım sürücüsü işləyib.
Fariz Səfərov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. 02 noyabr 2020-ci il tarixdə Xocavənd ərazisində gedən döyüşlərdə böyük şücaət göstərərək Şəhid olmuşdur.
Ailəlidir. Dörd övladı yadigar qalıb. Bakı şəhəri Ramana kənd qəbirstanlığında dəfn edilib.
Mülayim, vətənpərvər, ailəsinə bağlı, qayğıkeş ata idi.
Həyat yoldaşı: Səfərova Samirə Nazim qızı (12.03.1989) Qızı: Səfərli Safina Fariz qızı (20.02.2009) Qızı: Səfərli Zöhrə Fariz qızı (09.01.2015) Qızı: Səfərli Xədicə Fariz qızı (22.01.2010) Oğlu: Səfərli Şamil Fariz oğlu (30.11.2016)