Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Taməddin
Səfərov Qəşəm Taməddin oğlu 1 noyabr 1997-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 2004-cü ildə Yuxarı Qışlaq kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 2012-ci ildə Naxcıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyin kursant adını qazanmışdır. 2015-ci ildə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə keçirilən Ordu birinciliyi krosunda birinci yerə layiq görülüb. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə Naxçıvan şəhərində keçirilən "Naxçıvan marafonu 2019" qaçış marafonunda birincilik əldə edib. 2020 -ci ilin avqust ayında yenidən orduya qayıdır. O, Şahbuz rayonu "N" sayli hərbi hissədə MAHHXHQ (əsgər) kimi xidmətə başlayır. Sentyabrın 27-də başlanan Vətən müharibəsi iştirak üçün könüllü komandanlığa ərizə ilə müraicət etsə də, gözlərinin zəif olmasını səbəb gətirib müraciətini geri çevirirlər. Sonradan müraciəti qəbul edilir və o döyüşlərə qatılır. Oktyabr ayının 29-da Xocavənd uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabr 3-də Şahbuz rayon Yuxarı Qışlaq kənd məzarlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Qəşəm Səfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Səfərov Taməddin