Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Təbiyyət
Şəhriyarov Vüsal Təbiyyət oğlu 11 dekabr 2001-ci ildə Qobustan rayonu Çalov kəndində anadan olub. Qobustan şəhər A.O. Çernyayevski adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb. Hərb sahəsinə marağı olduğu üçün hərbi xidmətini bitirdikdən sonra ordu sıralarında MAHHXHQ kimi xidmətini davam etdirib.
Vətən Müharibəsi zamanı Kəlbəcər rayonun azad edilməsi uğrunda döyüşlərdə savaşıb. Müharibədən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şəhriyarov Vüsal Təbiyyət oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
Qobustan rayonunun Çalov kənd qəbiristanlığında dəfn edilib.
Şəhid Vüsal Şəhriyarov sakit təbiətli , mehriban, vətənpərvər oğul olub. Vətənə xidmət etmək üçün kurslara qoşulub, həvəsi onu yenidən hərbiyə geri qaytarır. Vüsal ölümün gözlərinə dik baxıb, cəsurluqla döyüşüb. Şəhid olmaq arzusu onu istədiyi məqama ucaldıb.
Ata: Şəhriyarov Təbiyyət Həmzə oğlu Ana: Şəhriyarova Tatış Təbriz qızı Qardaş: Şəhriyarov Anar Təbiyyət oğlu Bacı: Şəhriyarova Türkanə Təbiyyət qızı