Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Niman
Məhəmməd Səmədov 13.06.2001-ci il Sabunçu rayonu Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsində anadan olmuşdur. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlamış və həmin məktəbin 9-cu sinifini bitirmişdir. Orta təhsillidir. 2019-cu ilin İyun ayında hərbi xidmətə çağırılmış və həqiqi hərbi xidmətdə qulluq etməyə başlamışdır. Hərbi xidmətdə olarkən 27.09.2020-ci il tarixində Vətən müharibəsi başladığı dövrdə Cəbrayıl rayonu Cocuqmərcanlı kəndində qulluq edərkən Füzuli istiqamətində gedən döyüşlərdə 06.10.2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır və Sabunçu rayonu Pirşağı qəsəbəsində yeni yaradılmış şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhəmməd Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xeyirxah, ailəsinə, vətəninə bağlı övlad idi.
Ata: Səmədov Niman Bəylər oğlu Ana: Səmədova Gülçöhrə Samir qızı Qardaş: Səmədov Bəylər Niman oğlu