Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Qasım
Fətulla Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olmuşdur. Fətulla Siracovun ailəsində 3 bacı və bir qardaş olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Murovdağda yerləşən "N" saylı hərbi hissədə etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fətulla Siracov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hərbi xidmətini Kəlbəcər rayonunda yenidən davam etdirən 30 yanvar 2021-ci ildə Kəlbəcərdə xidmət zamanı dünyasını dəyişmişdir. Nəşi doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilmişdir.
Ailəcanlı, vətənpərvər, mərd bir insan olub.
Ata: Siracov Qasım Müsbəh oğlu Ana: Siracova Mətanət Bayram qızı Bacı: Salahova Aynur Qasım qızı Bacı: Mərdanova Əfsanə Qasım qızı Bacı: Siracova Nuranə Qasım qızı