Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Sərxan
Şükürov Sərvan Sərxan oğlu 26 avqust 1998-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub.
O, 2016 ildə həqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidmətdən qayıdıb ancaq hərbiyə olan marağı,sevgisi onu yenidən ordu sıralarına qayıtmağa sövq edib və 2019-cu ildən orduda qulluq etməyə başlayıb.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Murovdağ, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib.
Sərvanın axırıncı döyüş yolu Suqovuşan istiqamətində olub. O, oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Cəsur Döyüşçü " medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sərvan Şükürov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, qorxmaz, mərd, dostcanlı, vətənpərvər, igid oğlan idi.
Ata: Şükürov Sərxan Niyaz oğlu Ana: Şükürova Səyidə Əli qızı Bacı: Şükürlü Cəmalə Sərxan qızı