Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rasim
Süleymanov Əyyub Rasim oğlu 09 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. Əyyub Süleymanov 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir.
Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əyyub Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əyyub ürəyiaçıq, vətənpər, ailəcanlı insan olub.
Ata: Süleymanov Rasim Əyyub oğlu Ana: Əsədova Şüşən Museyib qızı Bacı: Qarazadə Gülnurə Rasim qızı