Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Akif
Süleymanov Vasif Akif oğlu 2002-ci il fevral ayının 24-ü Qəbələ rayonu Bum qəsəbəsində anadan olub. Orta təhsilini Qəbələ rayonu Bum qəsəbə orta məktəbində alıb. O 9-cu sinifdən Qəbələdəki Peşə Məktəbində otelçilik üzrə oxuyub. Süleymanov Vasif həqiqi hərbi xidmətini Gəncə və Cəlilabadda N saylı hərbi hissədə keçib.
Müharibə başlayan ilk gündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabırın 6-da Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb. Komandirini xilas edərkən başından və sinəsindən aldığı qəlpə yarasından həlak olub. 2020-ci il oktyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib.
Vasif SSRİ ordu sıralarında xidmət edərkən şəhid olmuş əmisinin adını daşıyırmış və iki bacının bir qardaşı idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şəhid Süleymanov Vasif Akif oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə ”III dərəcəli Rəşadət" ordeni ilə təltif edilib.
Cəsur, mərd, səmimi, mehriban, ailəcanlı, dostcanlı, vətənpərvər gənc idi.
Ata: Süleymanov Akif Hüseyn oğlu Ana: Süleymanova Sevinc Fizuli qızı Bacı: Süleymanova Dursun Akif qızı Bacı: Məcidli Aytən Akif qızı