Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rafik
Surxayev Yunis Rafik oğlu, 2002 ci il yanvarın 20 də Qobustan Qəsəbəsi Şıxlar Kəndində anadan olub. 28.05.2020-ci ildə hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Yunis Surxayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Goranboy, Tərtər, Ağdərə, Madagiz, Cəbrayıl və Suqovuşan istiqamətlərində döyüşüb. 13.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqouşanın azad olunmasına görə” medalları ilə təltif edilb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Surxayev Yunis Rafik oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mərd və cəsur əsgər olub. Hər zaman xeyirxah və mehribanlığı ilə seçilib. Vətənini sevən, dövlətinə və millətinə çox bağlı olub.
Ata: Şamilov Rafik Şamil oğlu Ana: Surxayeva Rahilə Dürkəsən qızı Qardaş: Surxayev Yusif Rafik oğlu