Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Aydın
1997-ci il iyunun 10-da Sabirabad rayonu Xəlfəli kəndində Tağıyevlər ailəsində dünyaya gəlib. Elnur 3 bacının bir qardaşı idi. İlk orta təhsilini Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbində almışdır. Bu mərd,vətənpərvər oğul orta məktəbi bitirdikdən sonra Şamaxı rayonunda tikinti sahəsində çalışıb. İdmanla məşğul olan Elnur güləşçi olub, dəfələrlə idman yarışlarında iştirak edib, birincilik qazanıb, mükafatlara layiq görülüb.
2015-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmətini Naxçıvan MR-da “N”saylı hərbi hissədə kəşfiyyatçı kimi keçmişdir. Elnur kəşfiyyatçı kimi həqiqi hərbi xidmətini başa vurduğu üçün torpaqlarımızın azad olunduğu günü səbirsizliklə gözləyirdi. Səfərbərlik elan olunan kimi 29 sentyabr 2020-ci ildə döyüşə yollanır. Ağır döyüşlər zamanı Elnur 5 gün mühasirədə qaldıqdan sonra, özünü və əsgər yoldaşlarını mühasirədən çıxarır. Tağıyev Elnur Qubadlı istiqamətində düşmənə qarşı əks hücum əməliyyatları zamanı 25 oktyabr 2020-ci ildə şəhadətə yüksəlir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tağıyev Elnur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elnur idmanla məşğul olub. Dəfələrlə idman yarışlarında iştirak edib və mükafatlara layiq görülüb.
Ata: Tağıyev Aydın Feyzulla oğlu Ana: Tağıyeva Səkinə Hüseynəli qızı Bacı: Həsənova Vüsalə Aydın qızı Bacı: Tağıyeva Xatirə Aydın qızı Bacı: Tağıyeva Nargilə Aydın qızı