Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Asif
Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirib.
Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Doğmaları deyirlər ki, Eşqin Tağıyev torpaqlarımızın bütövlüyünü, vətənin azadlığını hər şeydən, hər kəsdən üstün tuturdu. Mehriban, qayğıkeş, sözəbaxan, zəhmətkeş uşaq olub.
Ata: Tağıyev Asif Məmməd oğlu Ana: Hümbətova Dursun Hümbətalı qızı Bacısı: Tağıyeva Ləman Asif qızı