Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Kamran
Şəhid Vəliyev Əli Kamran oğlu 2002-ci ildə, iyunun 15-də Sumqayıt şəhərində dünyaya gəlib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Goranboy rayonu istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 30.09.2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Əli Kamran oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vəliyev Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına vuruşub. İtkin kimi uzun müddət tapılmayıb, nəşi neytral zonadan tapılandan sonra ailəsinə xəbər verilib.
Qəhrəmanlığına görə hər zaman seçilib, düşünmədən döyüşə atılırmış. Mərd oğlan idi.
Nənəs: Vəliyeva Sara Cəmil qızı Atas: Vəliyev Kamran Əli oğlu Qardaş: Vəliyev Xalid Kamran oğlu Qardaş: Vəliyev Alı Kamran oğlu Qardaş: Vəliyev Kamal Kamran oğlu