Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hilal
Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Şərəfə kəndindəndir. 2002-2013-cü illərdə şəhid Qəhrəman İsmayılov adına Masallı rayon Şərəfə kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2013-2015-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində başa vurmuşdur. Subay idi.
Ramazan Vəliyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2019-cu ilin noyabrından Azərbaycan Daxili Qoşunlarında "çavuş" rütbəsində müddətdən artıq xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramazan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramazan Vəliyev müharibə bitdikdən sonra Şuşa şəhərində xidmətini davam etdirmiş, 29 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur. 1 dekabr 2020-ci ildə Masallı rayonunun Şərəfə kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bacısının dedikləri – qürurlu, zəhmətkeş, böyük-kiçik yeri bilən, mehriban, bacılarının qayğısına qalan bir qardaş idi.
İş yoldaşı Dadaş deyir ki, bir otaqda qalırdıq, səmimi, təmiz qəlbi var idi. Dostuna görə öz canını verərdi.
Ata: Vəliyev Hilal Vəli oğlu Ana: Vəliyeva Nüşabə Vaqif qızı Bacı: Qasımlı Tamara Hilal qızı Bacı: Kərimova Aytac Hilal qızı