Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Elşən
Vəlizadə Rəşad Elşən oğlu 1999-cu il aprel ayının 7-də Tərtər rayonu Evoğlu kəndində anadan olmuşdur. Rəşad Vəlizadə orta təhsilini Evoğlu kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Cəsur döyüşçü”, “İgidliyə görə”, medalları ilə təltif edilmişdir.
Rəşad Vəlizadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vətənpərvər, mərd, cəsur insan idi.
Ata: Vəliyev Elşən Fətəli Müzəffər oğlu Ana: Şirinova Firuzə Bilən qızı Qardaş: Vəlizadə Fərid Elşən oğlu