Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Rasim
Vəlizadə Rəşad Rasim oğlu 1999-cu il iyul ayının 13-də Lerik rayonu Tikəband kəndində anadan olmuşdur. Rəşad Vəlizadə orta təhsilini Namiq Hacıyev adına Tikəband kənd orta mətəbində almışdır.
Rəşad Vəlizadə Azərbaycan Respublikasının Daxili Qoşunları tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Rəşad Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Vəliyev Rasim Xanıbəy oğlu Ana: Vəliyeva Səlfinaz Həsənəli qızı Qardaş: Vəliyev Rahib Rasim oğlu Bacı: Həmidova Mətanət Rasim qızı