Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Nicat
Nihat Nicat oğlu Verdiyev 19 dekabr 2003-cü ildə Daşkəsən rayonun Qaraqollar kəndində anadan olub. Kəlbəcər rayon 98 saylı tam orta məktəbi bitirib.
2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Azərbaycan Ordusunun əsgəri Nihat Nicat oğlu Verdiyev 13 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumunun qarşısını alarkən şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Verdiyev Nicat 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nihad Verdiyev “Vətən uğrunda” medalı ilə tətif edilib.
Ailəsin və yaxınların dediyinə görə hələ Vətən müharibəsi dövründən Şəhid Verdiyev Nihad Nicat oğlu özünün də döyüşlərdə iştirak etmək istədiyini deyirmiş. Vətən üçün, Vətən torpaqlarının azad olunması üçün əlindən gələn hər şeyi etmək istədiyini deyirmiş.
Ata: Verdiyev Nicat Akif oğlu Ana: Verdiyeva Vüsalə Qiyas qızı Bacı: Səmədova Nigar Nicat qızı