Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ariz
Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi.
Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Xanalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin şən, zarafatcıl, çox danışmağı sevməyən biri idi. Dost-tanışları arasında çox böyük hörmət qazanmışdı. Valideynlərinə qarşı qayğıkeş və diqqətcil biri idi. Uşaqlıqdan hərbiyə marağı çox idi və müharibəyə aid filmərə baxmağı xoşlayırdı. Vətəninə bağlı, cəsur və mərd bir igid olub.
Ata: Ariz Nəzərov Orucəli oğlu Ana: Xumar Xanalıyeva Əvəz qızı Bacı: Fəridə Xanalıyeva Ariz qızı