Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ziyad
Xanəliyev İsmayıl Ziyad oğlu 1999-cu il iyul ayının 20-də Salyan rayonu, Şəkərli kəndində anadan olmuşdur. İsmayıl Xanəliyev orta təhsilini Salman Cəfərov adına tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayıl Xanəliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” , “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
İsmayıl Xanəliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayıl Xanəliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
İgid, cəsur, vətənpərvər insan idi.
Ata: Xanəliyev Ziyad Səfər oğlu Ana: Xanəliyeva Gülnarə Vəzir qızı Qardaş: Xanəliyev Zahir Ziyad oğlu Bacı: Xanəliyeva Çiçək Ziyad qızı