Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Əlizaman
Xəlilov Ələddin Əlizaman oğlu 29 iyun 2001-ci ildə Qobustan qəsəbəsində dünyaya gəlib. 24 iyul 2019-cu ildə hərbi xidmətə çağırılıb. Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində döyüşüb.
01 oktyabr 2020-ci ildə Tapqaraqoyunlu, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Ələddin Xəlilov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ələddin Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, igid insan idi.
Ata: Xəlilov Əlizaman Ana: Xəlilova Elnarə Rza qızı Qardaş: Xəlilov Elməddin Əlizaman oğlu Bacı: Xəlilova Elşanə Əlizaman qızı