Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İlqar
Xəlilov Qədim İlqar oğlu 28 mart 2002 -ci ildə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olub. İsmayıllı rayon Hacıhətəmli kənd orta məktəbini bitirib. Qədim Xəlilovun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan Qədim Xəlilov 14 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. İsmayıllı rayonun Hacıhətəmli kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Qədim Xəlilov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, mehriban, cəsur, vətənpərvər insan idi.
Ata: Xəlilov İlqar Qədim oğlu Ana: Xəlilova Hədiyyə Zaman qızı Qardaş:Qədimli Cəfər İlqar oğlu. Qardaş: Xəlilov İlqam İlqar oğlu