Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Məmmədrza
Xəlilov Yusif Məmmədrza oğlu 1983-cü il aprel ayının 30-də Lənkəran rayonu Veravul kəndində anadan olmuşdur. Yusif Xəlilov orta təhsilini Canəli Əzimov adına 2 saylı tam orta məktəbində almışdır.
Yusif Xəlilov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yusif Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər, cəsur insan idi.
Ata: Xəlilov Məmmədrza Ağarza oğlu Ana: Xəlilova Naibə Gülməmməd qızı Bacı: Xəlilova Nənəxanım Məmmədrza qızı Qardaş: Xəlilov Namiq Məmmədrza oğlu Qardaş: Xəlilov Əkran Məmmədrza oğlu Qardaş: Xəlilov Mənsur Məmmədrza oğlu Qardaş: Xəlilov Nəsib Məmmədrza oğlu Qardaş: Xəlilov Vasif Məmmədrza oğlu Həyat yoldaşı: Xəlilova Gülnar Məhəbbət qızı Qızı: Xəlizadə Dəniz Yusif qızı Qızı: Xəlilzadə Mələk Yusif qızı