Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Şəmsi
Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur.
Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 21.12.2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elburus Yusifov ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elburus Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, qorxmaz, vətənpərvər insan olub.
Ata: Yusifov Şəmsi Əli oğlu Ana: Yusifova Kifayət Cəlal qızı Qardaşı: Yusifov Hikmət Şəmsi oğlu Bacı: Yusifova Şəmsiyyə Şəmsi qızı Həyat yoldaşı: Yusifova Günay Elşən qızı Oğlu: Yusifzadə Elmar Elbrus oğlu Oğlu: Yusifzadə Şəmsi Elbrus oğlu