Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Zaman
Elşən Zeynalov 8 mart 1999-cu ildə Goranboy rayon Düzqışlaq kəndində (keçmiş Ağamalıoğlu kəndi) anadan olub. İlk təhsilini doğulduğu kənddə alıb.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Zeynalov Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Goranboy rayonu, Düzqışlaq kəndində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elşən Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, qorxmaz, vətənpərvər insan idi. Dostcanlı, istiqanlı idi.
Ata: Zeynalov Zaman Bəhman oğlu Ana: Zeynalova Könül Vahid qızı Bacı: Kərimova Ayşən Zaman qızı