Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ziyad
Ziyadov Fəqan Ziyad oğlu 1995 ci ildə Bərdə şəhər Mustafaağalı kəndində doğulmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır.
İkinci vətən müharibəsində Talış, Suqovuşan, Ağdam, Ağdərə,Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Tərtər rayonu Şıxarx qəsəbəsi istiqamətində gedən döyüşlərdə düşmənin əks hücumunun qarşısını almışdır.
21 Oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində ağır yaralanmışdır. 30 oktyabr 2020 ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Məzarı doğulub boya-başa başa çatdığı Mustafaağalı kənd qəbiristanlığında yerləşir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fəqan Ziyadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər bir insan olub.
Ata: Ziyadov Ziyad Zahid oğlu Ana: Ziyadova Həyat Əsgərxan qızı Qardaş: Ziyadov Şamo Ziyad oğlu