Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » Kərbəla əsirlərinin Şamdan qayıdarkən Ərbəin ziyarəti qaynaqlarda
Русская версия сайта Русская версия сайта
sitename
Cari həftənin Şənbə günü, 18 Sentyabr 2021-ci il, Hüquq və Fihq Araşdırmaları İnstitutunun təşəbbüsü və Ərbəin Düşüncə Mərkəzi, Beynəlxalq Elmi Həmkarlıqlar Mərkəzi və İslami Elm və Mədəniyyət Araşdırmaları İnstitutunun həmkarlığı ilə "Kərbəla əsirləri və İmam Hüseyn (ə) Ərbəini" adlı elmi toplantı keçirilib.
İslami Elm və Mədəniyyət Araşdırmaları İnstitutunun elmi heyətinin üzvü Höccətul-İslam vəl-müslimin Yadulla Hacızadə əsirlərin Şamdan Mədinəyə qayıdarkən ƏRBƏİN günü Kərbəlaya dönməsini təsdiq və inkar edən rəvayət və tarixi qaynaqlara işarə edərək vurğulayıb: Bu hadisənin (Əhli-Beyt əsirlərinin Şamdan Mədinəyə qayıdarkən ƏRBƏİN günü Kərbəlanı ziyarət etməsi) nə vaxt baş verdiyini və ümumiyyətlə baş verməsi barədə qətiyyətli bir söz demək olmaz və hadisənin baş verməsini yəqinliklə iddia etmək yanlışdır.
Elmi toplantında söz alan İslami Elm və Mədəniyyət Araşdırmaları İnstitutunun elmi heyətinin üzvü Höccətul-İslam vəl-müslimin Yadulla Hacızadə çıxışını belə davam etdirib:
Səfər ayının 20-i İmam Hüseynin (ə) şəhadətindən 40 gün sonraya təsadüf edir. Bu gün tarixdə "Ərbəin" adı ilə məşhurdur. "Ərbin" sözü bir çox müqəddəs mətnlərdə müqəddəs sayılır və ona xüsusi diqqət edilir. Ayətullah Cavadi Amuli deyir ki, "ƏRBƏİN ədədində bir sıra xüsusiyyətlər var ki, digər rəqəmlərdə yoxdur. Çünki peyğəmbərlərin çoxu 40 yaşına risalət və nübuvvət verilib. Həzrət Musa (ə) Tur dağında 40 gecə ibadət edib. Bəzi alimlər deyib ki, gecə namazında 40 mömini dua edin. Bəzi hədislərdə var ki, yer və göy İmam Hüseynə (ə) 40 gecə göz yaşı tökdü".
Hədislərdə də 40 rəqəmi xüsusi vurğulanıb. Bunların bəziləri də İmam Hüseynin (ə) ƏRBƏİN gününə aiddir. Bu gündə Kərbəla ziyarəti savabdır. İmam Həsən Əskəri (ə) bir hədisdə Ərbəin ziyarətini möminin əlaməti hesab edir. Ərbəin günü üçün Şeyx Tusi İmam Sadiqdən (ə) ziyarət nəql edib. Bu ziyarətnamədə İmam Hüseynin (ə) qiyamı barədə çox dəyərli cümlələr var ki, Aşura qiyamının hədəflərini bəyan edir və bu qiyamın hədəfini bütün peyğəmbərlərin hədəfi hesab edir. Çünki İmam Hüseyn (ə) hər şeyini qurban verdi ki, insanları cəhalətdən və azğınlıqdan xilas etsin. Ayətullah Cavadi Amuli də işarə edir ki, İmam Hüseynin (ə) bütün hədəfi Peyğəmbərin (s) hədəfini həyata keçirmək idi.
Ərbəin günü iki əhəmiyyətli hadisə baş verib. Biri əsirlərin Şamdan Mədinəyə qayıtmasıdır. Digəri isə İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü olmasıdır ki, həmin gün Peyğəmbərin (s) ən uzun ömürlü səhabəsi Cabir ibn Əbdüllah Ənsari Mədindən Kərbəlaya çatır. Cabirin bu ziyarətinin Kərbəla şəhidlərinin qırxına təsadüf etməsi sıradan bir hadisə deyildi. Cabir Mədindən çıxanda hədəfi Ərbəin günü Kərbəlaya çatmaq olmuşdu.
Şeyx Müfid və Şeyx Tusinin rəvayətlərinə görə Cabir ƏRBƏİN günü Kərbəlaya çatıb. Amma Cabirin ziyarətini rəvayət edən hədislərdə onun Şamdan gələn əsirlərlə görüşməsi barədə məlumat yoxdur.
Şeyx Müfid və Tusi bu qədər yazırlar ki, əsirlərin Şamdan Mədinəyə qayıtması Səfər ayının 20-də baş verib.
 
Əsirlərin Ərbəində Kərbəlaya gəldiyini deyənlər       
 
Mərhum İbrahim Ayəti "Aşuranın tarixinin araşdırılması" kitabında yazır ki, Şeyx Tusinin hədisinə görə, Cabir ibn Abdullah Ənsari Mədindən Kərbəlaya hərəkət edəndə niyyəti Ərbəində Kərbəlada olmaq idi.
Cabirin Ərbəin ziyarətini ilk dəfə İmadəddin Təbəri (vəfat: 524 hq) sənədli şəkildə yazıb.
O yazır ki, Cabir Kərbəlaya Ətiyyə Ufi ilə gəlib. Fəratda qüsl edib. Zikr deyə-deyə İmamın (ə) qəbirinə tərəf gedib. Qəbirə çatdıqda əlini qəbirin üzərinə qoyaraq huşdan gedincəyədək ağlayıb.
Cabirin ziyarətini rəvayət edən ikinci kitab isə Xarəzminin "Məqtəlul-Hüseyn (ə)" kitabıdır.
Daha sonra isə Seyid Tavus öz əsərində Cabirin Səfər ayının 20-də Kərbəlanı ziyarət etdiyini yazıb.  
Bu kitablarda Cabirin əsirlərlə görüşü barədə hansı bir məlumat yazılmayıb.
Əsirlərin Ərbəin günü (Səfər ayının 20-də) Kərbəlaya gəldiyini qeyd edən ilk mənbə Əhli-Sünnə Şafei məzhəbinin alimlərindən olan "İsfərayini Məqtəli" adlı kitabın müəllifi İsfərayinidir.
Ondan sonra əsirlərin Səfər ayının 20-də Kərbəlaya gəldiyini iddia edən alim Əbu Reyhan Birunidir. O deyir ki, Səfər ayının 20-də İmam Hüseynin (ə) başı cəsədinə qovuşdu.
Bu iddianı edən üçüncü şəxs isə Məhəmməd ibn Nüma Hillidir. O, Cabirlə Bəni-Haşimin Kərbəlada görüşdünüyü qeyd edib.
Əsirlərin Şamdan Kərbəlaya gəldiyini deyən digər alim isə Seyid Tavusdur. O, "Lühuf"da qeyd edir ki, əsirlər Şamdan qayıdanda karvanbaşına dedilər ki, onları Kərbəladan keçirtsin. Onlar orada Cabir və onunla Mədindən gələn Bəni-Haşimdən olan digər ziyarətçilər ilə görüşüblər və birlikdə əzadarlıq ediblər.
Əsirlərin Kərbəlaya gəldiyini deyən beşinci qayndaq Qiyasuddin Xandəmirin "Həbibus-Siyər" adlı kitabıdır. Onun yazdığına görə Nöman bin Bəşirin rəhbərliyi Mədinəyə qayıdan əsirlər Ərbəin günü Kərbəlaya dönərək şəhidlərin başlarına bədənlərinin yanında dəfn etdilər.
Müasir dövrdə isə bu fikrin tərəfdarı Ayətullah Qazi Təbatəbayidir. O, "İmam Hüseynin (ə) birinci Ərbəini barəd araşdırma" adlı kitabda yazır ki, əsirlərin Kərbəlanı ziyarət etməsi Səfər ayının 20-də baş verib.
Yuxarıdakı fikirlərə dəstək olan digər alim Şeyx Bəhayidir. O deyir ki, əsirlər Səfər ayının 19-da Kərbəlaya çatıb və İmam Hüseynə (ə) Ərəbin mərasimi keçiriblər.
Bundan əlavə Seyid Mürtəza, İbn Şəhr Aşub və Əllamə Məclisi əsirlərin Şamdan Mədinəyə qayıdışı zamanı İmam Səccadın (ə) atası Həzrət İmam Hüseynin (ə) başını bədəni yanında dəfn etdiyinə işarə ediblər. 
Bu qaynaqlarda ortaq məqam budur ki, əsirlər Səfər ayında Kərbəlaya gəlib. İmam Səccad (ə) Həzrət İmam Hüseynin (ə) başını bədəninə qovuşdurub. 
 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
muhaddisazeri
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))