“Allah o kəsdir ki, küləkləri rəhmətdən (yağışdan) qabaq bəşarət üçün göndərdi və asimandan pak edən su endirdik”.
Əl- furqan surəsi, ayə 48.
İmam Əli (ə) buyurub: “Dua etməyi beş vaxtda qənimət sayın: Quran oxuyan zaman, azan vaxtı, yağış yağanda, şəhadət üçün iki cərgə hazır olanda və məzlum dua edən vaxt. Bu vaxtlarda hicab (pərdə) ərşdən götürülər”.
Şeyx Səduq, Əl- amali, səh 110, İslamiyyə kitabxanasının nəşriyyatı, 1362, hicri şəmsi.