Məna aləmində Quran və Əhli-beyt (ə) – bir nurani həqiqətdirlər. Ancaq maddə aləmində müxtəlif iki sifətə malikdirlər. Biri kitab halında və o birisi isə insan halında. Eyni zamanda müstəqil iki həqiqqətə malik deyildirlər. Ona görə İmam Əli (ə) Siffeyn döyüşündə buyurmuşdu ki, Quranın naqiti mənəm. (Erfan)
O zaman ki, Quran Peyğəmbərə (s) nazil olur, onun nigarançılığı Quranı necə tərtib edəcəyi olur. Allah Təala bu nigarançılığı onun qəlbindən silib atır və buyurur:“Şübhəsiz, onu (sənin qəlbində)cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir”. (“Qiyamət” 17).
Bütün Məsumların (ə), xüsusilə də İmam Hüseynin (ə) ən bariz sifəti bu idi ki, özünü Allaha ehtiyaclı bilərdi, maddi və mənəvi ehtiyaclarını Ondan istəyərdi. O, həyatının fərdi və ictimai məsələlərində Allaha həmişə ehtiyac duyardı.
Allah Təala Quranda buyurur ki, Qiyamət günü insanın dünyada yerinə yetirdiyi saleh əməllər qarşısında olacaqdır və heç bir əməli məhv olmayacaqdır. İnsanın dünyada etdiyi saleh əməllərdən biri də İmam Hüseynə (ə) əzadarlıq etmək və o Həzrətin (ə) məzlumiyyətinə göz yaşı tökməkdir. Allah Qiyamət günü bu göz yaşlarını başqa bir nemət şəklində bizlərə təqdim edəcəkdir.
Məsumlar (ə) buyurur ki, İmam Hüseyn (ə) üçün tökülən göz yaşı Qiyamət günü üç surətdə təcəlli edəcəkdir:
1. Günahların bağışlanmasına səbəb olacaqdır.
2. İlahi rəhmətə çevrilib behişt surətində görünəcəkdir.
3. Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə) və Məsum İmamların (ə) şəfaətinə nail olacaqdır.
İmam Hüseynə (ə) edilən əzadarlığın və ağlamağın səsi ərşə qalxar. Heç bir səs onu söndürə bilməz. Bu gözəl səs yatan ruhları oyadar və insan ruhunu təravətləndirər. İmam Hüseyn (ə) üçün ancaq onu sevənlər və davamçıları göz yaşı tökmürlər, səmadakı mələklər də ona göz yaşı tökürlər. Mələklər biz əzadarların məclislərində iştirak edir və xüsusi bir nur ilə səmaya qalxarlar. Başqa mələklər onlardan soruşarlar ki, bu nuru haradan əldə etmisiniz? Deyərlər ki, Hüseyn (ə) məclisindən. Həmin mələklər Allaha tərəf uçar və deyərlər: “Bizə də icazə verin, bir anlıq İmam Hüseynin (ə) əza məclisində iştirak edək”. Allah Təala buyurar: “Yer üzünə gedə bilərsiniz və bu məclislərin nurundan bəhrələnə bilərsiniz. Əgər bu məclis sona çatıbsa, bu məclisin qapı və divarına toxunun ki, həmin nur sizə də parlasın”.
Bəli, İmam Hüseyn (ə) əzadarlıqlarının o qədər fəziləti və nuru vardır ki, biz insanlar ondan qafilik. Hələ ki, fürsət var, bu məclislərdən geri qalmayaq və Həzrətin (ə) məzlumiyyətinə göz yaşı tökək. Biz də bu nurdan bəhrələnək.
/Deyerler.org/