Bütün bədbəxtliklərin açarı yalandır
İmam Sadiq (ə) buyurmuşdur:
إِنَّ اللهَ جَعَلَ لِلشَّرِّ أَقْفَالاً وَ جَعَلَ مَفَاتِيحَ تِلْكَ الْاَقْفَالِ الشَّرَابَ وَ شَرٌّ مِنَ الشَّرَابِ ألْكَذِبُ
“Allah-taala şər və pisliklər üçün qıfıllar müəyyən etmişdir ki, onların açarı şərabdır. Yalan isə şərabdan da pisdir!”[1]
Qısa izah
Bütün pislik və çirkinliklərin qarşısını alan ən böyük və ən təsirli maneə əql və zəkadır. Bu amil onları bağlayan möhkəm bir qıfıl rolunu oynayır. Əgər (əqlin) qıfılı şərab açarı ilə açılarsa, bütün pislik və çirkinliklər azadlığa çıxar və digər tərəfdən, insan məst və sərxoş halda hər bir cinayət və günaha aludə ola bilər.
Başqa sözlə desək, əgər içki içən insan sərxoşluq səbəbi ilə hansısa bir günah və ya cinayətə əl atırsa, yalan danışan insan bilərək və məlumatlı olduğu halda ictimai həyatı təhlükəyə salaraq etimad məsələsinin aradan qaldırılmasının səbəbkarına çevrilir.
Nəticə etibarı ilə yalan şərabdan daha xətərli və pis sayılır.
[1] “Vəsailuş-şiə”, c. 17, səh. 263.