Nə etsən də, insanlar hər zaman nəsə deyəcəklər:
Gözəl geyinsən, “özünü göstərir” deyərlər,
Sadə geyinsən, yoxsul hesab edərlər.
Sözünü açıq söyləsən, kobud deyərlər,
Susub dinləsən, qorxaq adlandırarlar.
Uğur qazansan, təkəbbürlü deyərlər,
Sadə yaşasan, tənbəl bilərlər.
Allah Quranda belə buyurur:
(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!
(Yunus surəsi, 65-ci ayə)
Ona görə də insanların dediklərinə fikir vermə. Əsas odur ki, Allah səndən razı olsun. Çünki O razı olduğu müddətcə, insanların nə düşündüyü heç bir əhəmiyyət daşımır.