Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatıgerçəkləşdirməlidir. Həmin nümunəvi insanlardan biri də Peyğəmbəri-Əkrəmin (s) sevimli qızı, xanımlar xanımı və analar anası həzrət Fatimeyi-Zəhradır (s.ə.). Bir xanım ki, bəşəriyyətə hərtərəfli örnək və nümunədr. O xanımın doğum günü Cəmadius-sani ayının 20-inə təsadüf edir. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, xanım Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatını diqqətinizə çatdırırıq.

FatİMeyİ-Zəhra (salamullahİ əleyha)

 

Ləqəbi: Zəhra.

Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.

Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).

Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).

Anadan olduğu gün: 20 Cəmadiüs-sani.

Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.

Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл).

Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.

Şəhid olduğu il: 11-ci hicri ili.

Ömrü:18 il.

Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.

Dəfn olunduğu yer: Mədinə.

Övladlarının sayı: 4 – (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.

Oğlanları:

1. Həsən (əleyhissalam).

2. Hüseyn (əleyhissalam).

Qızları:

1. Zeynəbi-Kübra.

2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)

Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).